Qazprom” Ukrayna üzərindən Macarıstana qaz tranzitini dayandırdı Rusiya Ukrayna üzərindən Macarıstana qaz tranzitini dayandırdı

0

İctimairey.Rusiya mediyasına istinadən xəbər verir ki, Ukraynanın qaz ötürmə sistemi (OQTC)operatorunun açıqlamasına görə, “Qazprom” Rusiya qazının Ukrayna ərazisindən Macarıstana tranzitini dayandırıb.
“1 oktyabr 2021 -ci ildə, saat 07:00-dən təbii qazın Ukrayna ərazisindən Macarıstan istiqamətində tranziti dayandırıldı”.
Eyni zamanda, Ukrayna Macarıstandan gedən tranzit qazın nəzərdə tutulan virtual sxem üzrə Budapeştə idxal etməsi imkanından da məhrum edildi.
Qeyd edək ki, sentyabrın sonunda Macarıstan, Qazpromla Ukrayna ərazisini keçərək qaz tədarükü üçün 15 illik müqavilə imzalamışdı. Bunun əvəzinə, Serbiya və Avstriyanın imkanlarından istifadə ediləcəkdi. Müqavilə ildə 4,5 milyard kubmetr qazın tədarükü nəzərdə tutulurdu.
Bununla əlaqədar, Rusiya qazının ölkə üzərindən tranzitindən məsul olan Ukrayna hakimiyyəti və OQTC rəhbərliyi müqavilənin Kiyevin enerji təhlükəsizliyinə və milli qaz nəql sisteminə təhlükə yaratdığını bildirib.
Məmmədov Güloğlan:  İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »