ŞOK xəbər: İran bəyan edib ki, Azərbaycana ilk zərbəni vurmağa hazırdır

0

 

İran Azərbaycan ərazisinin istənilən nöqtəsinə zərbə endirməklə hədələyir.
İran hakimiyyəti ilk dəfə Bakını raket və artilleriya zərbələri ilə hədələyib. Bu, Azərbaycan hakimiyyətinin Tehrana və İslam respublikası hakimiyyətinə qarşı olduqca sərt çıxışlarından sonra baş verib.

İctimairey.az FMN-ə istinadən xəbər verir ki, Tehran həm Türkiyənin, həm də Azərbaycanın siyasətindən son dərəcə narazıdır və Bakının hərəkətlərinə görə Ankaranın məsuliyyət daşıdığını və Azərbaycanın mehriban qonşuluq münasibətlərinin qırmızı xətti keçdiyi təqdirdə İran artilleriya qüvvələrinin əraziyə hücum etməyə hazır olduğunu vurğulayıb. İran
“Osmanlı İmperatorluğunun bərpası xəyalına qapılmış Türkiyə atəşlə oynayır. Bu arada “çürük ipi” olan Azərbaycan özünü böyük problemlərin uçurumuna atır. Azərbaycan unutmasın ki, şimal qonşusunun paytaxtında İran silahlı qüvvələrinin əlçatmaz artilleriyasının yerləşir. Əgər dostluqdan kənara çıxarlarsa, İran Bakını mərmi atəşinə tutacaq”, – İranlı millət vəkili Ərdəşir Mottahari bildirib.

Bundan əvvəl İraqın MiranPress kanalına istinadən, Bagramyan 26 teleqram kanalı İran generalı Qasım Süleymaninin xatirəsinə təhqir edildiyini bildirmişdi. Xüsusilə, jurnalistlərin fikrincə, Azərbaycanın media məkanı İran əleyhinə bəyanatlarla, həmçinin İran rəhbərliyi və İİKK-nın(İslam İnqilabı Keşikçiləri Korpusu) portretlərinin təhqir olunması ilə dolmağa başlayıb. Eyni zamanda, Azərbaycan mənbələrinə və ya sosial şəbəkələrə keçid təmin edilməyib.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »