Salyan rayon İB Sevindik Hətəmov və Millət Vəkili Fəzail Ağamalı Anım günündə Xatirə lövhəsinin açılışında iştirak edib.

0

Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Anım-günü
Anım günündə Salyan rayonunun Xələc və Çuxanlı kəndlərində II Vətən Müharibəsində qəhrəmanlıq göstərərərk, Şəhidlik zirvəsinə yüksələn gizir Əjdər Dadaşovun, XTQ – nin Kapitan Kamil Şirinovun il mərasimində Salyan rayon icra başçısı Sevindik Hətəmov və Millət Vəkili Fəzail Ağamalı, rayonun Hüquq Mühafizə Orqanlarının rəhbərləri iştrak edib.Anım

Daha sonra, ziyarətçilər Çuxanlı kəndində Şəhidlərin şərəfinə kənd bələdiyyəsinin və onun qardaşının maliyyə vəsaiti ilə tikilən Xatirə Lövhəsinin açılışında iştirak edib və şəhidlərimizin ruhuna dua oxunub.
Rayonun İB-sı Sevindik Hətəmov və Millət Vəkili Fəzail Ağamalı öz çıxışlarında, xalqına qələbə sevincini yaşadan qürur və şərəf tariximizi millətimizə təqdim edən Ali Baş Komandana vətəndaş olaraq, minnətdarlıq ifadə etdilər.Anım

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramlarını bildirmiş və qazilərimizə və Vətən Müharibəsinin iştrakçısı olan bütün əsgər və zabitlərimizə can sağlığı arzuladılar.

Fuad Qəhrəmanov. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »