Qazinin problemini Salyan Regional Qaz istismarı idarəsi rəhbərliyi qısa bir zamanda həll etdi.

Qazinin problemini Salyan Regional Qaz istismarı idarəsi rəhbərliyi qısa bir zamanda həll etdi.

0

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdlr.
Möhtərəm Prezidentimizin yuxarıda qeyd olunan məlum qərarından sonra, regionlarda yaşayan şəhid ailələlərunə və qazilərə qayğı müsbət mənada tamami ilə dəyişmiş və əhalinin sosial, məişət problemləri qanun çərçivəsində həllini tapmaqdadır.
Belə ailələrdən biri də, Salyan rayonunun Boranıkənd kəndində yaşayan birinci Qarabağ müharibəsinin qazisi Əflatun İbiş oğlu Rzayevdir. Əflatun döyüşlərun birində mərmi partlaması nəticəsində kantuziya almış və hal hazırda iş qabiliyyətinə malik deyildir. Qeyd edim ki, Əflatun Rzayev ikinci qurup əlildir. Qazimiz tiktirdiyi evin qazlaşması üçün, Salyan rayonunda yerləşən AZƏRİQAZ İSTEHSALAT BİRLİYİ Salyan Regional Qaz İstismarı idarəsinə müraciət etmişdir. Regional idarənin rəisi Namiq Məmmədov qazimizin müraciətinə qısa zaman ərzində reaksiya vermiş və evinin qazlaşması işini AZƏRİQAZ öz üzərinə götürmüşdü.
Artıq, tez bir zaman içində qazimizin evində maye qaz yanır. Qazilərə və şəhid ailələrinə diqqət və qayğı vətəndaş olaraq, hər birimizin borcumuzdur. Bu baxımdan AZƏRİQAZ-ın belə təqdirə layiq iş görməsi, əhali tərəfindən müsbət qarşılandı. Hazırda dövlətimizin və məmurların qarşısında dayanan ən ümdə məsələ insan amilidir ki, biz hamılıqla bu amalın daşıcısıyıq.
Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır. Bütün bunlar möhtərəm Prezidentimizin xalqa verdiyi dəyərdən, istəkdən qaynaqlanır.
Qarabağ əlillərinə və şəhid ailələrinə verilən dəyərə görə, Şorsulu əhalisi adından Möhtərəm Prezidentimizə, eyni zamanda AZƏRİQAZ rəbərliyi başda olmaqla, bu sahədə çalışan hər kəsə öz dərin minnətdarlıqımızı bildiririk.
Fuad QƏHRƏMANOV, İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »