YENİ MÜHARİBƏ ? Əfqanıstanla Özbəkistan sərhədində silahlı toqquşma baş verib

Əfqanıstanla Özbəkistan sərhədində silahlı toqquşma baş verib

0

 

Əfqanıstanla Özbəkistan sərhədində silahlı toqquşma baş verib. Özbəkistan sərhədçisi öldürüldü.

Bir qrup narkotik alverçisi Əfqanıstan və Özbəkistan sərhədini keçməyə cəhd edib. Lakin cinayətkarlar Özbəkistan sərhədçiləri ilə qarşılaşıblar. Silahlı qarşıdurma nəticəsində Özbəkistan sərhədçilərindən biri öldürülüb.

İctimairey.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev məlumat verib. Silahlı toqquşmanın digər təfərrüatları hələlik məlum deyil.

Xatırladaq ki, Əfqanıstanda hakimiyyəti ölkə ərazisində narkotik istehsalı ilə mübarizə aparacaqlarını bəyan etmişdilər. Ancaq, bu iddiaların bir hiylə olduğu aydındır.

Narkotik ticarəti Taliban üçün əsas gəlir mənbəyidir və buna görə də Əfqanıstan iqtisadiyyatının çöküşü şəraitində ölkədə narkotik istehsalı nəin ki azalmayacaq, əksinə daha da artacaqdır.

MƏMMƏDOV GÜLOĞLAN  İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »