Insider: Applenin rəhbəri Süni İntellektin insanların həyatını yaxşılaşdıracağına əmindir

0

 

Applenin general direktoru Tima Cook süni intellektin gücündən məmnundur. Insider yazır ki, Onun sözlərinə görə, Sİ (Suni İntelekt) elementləri artıq hər bir smartfonda mövcuddur və insanların həyatını asanlaşdırmaq potensialına malikdir. Cook ümid edir ki, gələcəkdə texnologiya onu daha da yaxşılaşdırmaq üçün, virtual aləmin reallığa çevrilməsinə kömək edəcək. Ancaq, ilk növbədə məxfilik problemi həll edilməlidir.

İctimairey.az xəbər verir ki, Cook TIME -a verdiyi müsahibəsində deyib ki, – “Suni ağılın və ya bir maşının məntiq və düşünmə kimi insan zəkasını təqlid etmə qabiliyyəti, bu günün ən perspektivli yeniliyidir. İnsanların həyatını asanlaşdırmaq üçün, hər yerdə potensiala malikdir”.
Tima Cook – “Suni İntelekt haqqında düşünmədiyiniz bir sıra məhsullarda” artıq mövcuddur. Ağıllı telefonunuza baxsanız görə biləcəksiniz: sahibinin üzünü və barmaq izlərini necə tanıdığına, səs köməkçisinin necə işlədiyinə və fotoşəkillərin necə qruplaşdırıldığına qədər.
“Görürəm ki, Sİ-in insanlar üçün nələr edə biləcəyinin və həyatlarını necə asanlaşdıra biləcəyinin ən erkən mərhələsindəyik” – Cook deyib. “Texnologiyanın dünyaya çoxlu fayda gətirə biləcəyinə inanıram” və əlavə edib: – “Bu, yaradıcılıqdan və ondan necə istifadə ediləcəyindən və ya sui -istifadə edilə biləcəyini düşünüb -düşünmədiyindən asılıdır.” Cook illərdir ki, Süni İntelektin texnologiyasında potensial sui -istifadə haqqında düşünür.
2018 -ci ildə Brüsseldə keçirilən məxfi konfransda danışan Cook, Facebook kimi şirkətləri məlumatlardan istifadə etməkdə qınamış və yeni texnologiyalardan sui -istifadə etməməklə bağlı xəbərdarlıq etmişdi. “Böyük miqdarda şəxsi məlumat toplayaraq süni intellektin inkişaf etdirilməsi səmərəlilik deyil, tənbəllikdir” – deyə o zaman vurğulamışdı.
“Süni intellektin həqiqətən ağıllı olması üçün, məxfilik də daxil olmaqla, insan dəyərlərinə hörmətlə yanaşılmalıdır. Bu mövzuda səhv etsək, təhlükə çox böyük olacaq” – Cook deyib. “Həm əla süni intellekt, həm də yüksək məxfilik standartlarına nail ola bilərik. Bu, təkcə fürsət deyil, həm də məsuliyyətdir”.
Tim Cook, eyni fikirləri yeni bir müsahibəsində də səsləndirərək, “məxfiliyin əsas insan haqqı olduğunu” və “dövrümüzün ən əhəmiyyətli məsələlərindən biri” – olduğunu ifadə edib.
Məxfilik problemi həll edildikdən sonra, Cook, həyacanla “virtual dünyanı” süni intellekt və əlavə imkanlardan istifadə edərək, real dünya çevirəcəyii fikrini həll edə biləyəcini söyləyib.
Esmira ŞÜKÜROVA. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »