ŞOK. Başqırdıstanda nasistlər tərəfindən hazırlanan terror aktının qarşısı alındı

Başqırdıstanda nasistlər tərəfindən hazırlanan terror aktının qarşısı alındı

0

 

Ufada terror hücumunun qarşısı alınıb. Neo-nasist qrupun 5 üzvü saxlanılıb.

Saxlanılanların hamısı 2001-2003-cü il təvəllüdlüdür.

İctimairey.az Rusiya Federasiyası FSB-nin mətbuat xidməti istinadən xəbər verir ki, radikalların yaşadıqları yerlərdə axtarışlar aparılıb, əldəqayırma partlayıcı qurğu, bir partlayıcı, 9 ədəd soyuq silah olan bir anbar tapılıb.

Axtarış zamanı Üçüncü Reyx liderlərinin, Ukrayna millətçilərinin lideri Stepan Banderanın portretləri və millətçiliyi əks etdirən atributlar da tapılıb.

Saxlanılan şəxslərə qarşı terror aktına hazırlıq, terror fəaliyyətləri üçün təlim keçmə, qanunsuz olaraq partlayıcı və partlayıcı qurğuların istehsalı ilə bağlı cinayət işləri açılıb. Saxlanılanların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »