İstifadə müddəti başa çatmış raketlər: TXİ-i Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin keçmiş rəisini saxladı
İstifadə müddəti başa çatmış raketlər: TXİ-i Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin keçmiş rəisini saxladı
Ermənistan Milli Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. O, yararsız vəziyyətə düşmüş, istifadə müddəti başa çatmış raketlərlərin alınmasında ittiham olunur. Məlum olub ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən birindən 1985-1991-ci illərdə istehsal olunan raketləri alıb və Müdafiə Nazirliyinə verib.
İstifadə müddəti bitdiyinə görə, hərbi sursat qəbul edilmədiyinə baxmayaraq, Müdafiə Nazirliyində saxlanılıb.
Aviasiya şöbəsinin müdiri, şirkətin bir qrup məmurları ilə birlikdə saxta sənədlər vasitəsi ilə sata bilməyəcəyini bilə -bilə, bu raketləri yenidən, bazar qiymətindən daha yüksək qiymətə – 1100 dollar şöbəyə satıb.
Ordunun həqiqi surstlalara ehtiyacı olduğuna baxmayaraq, aviasiya idarəsinin rəisi çoxlu sayda raketlərin alınması üçün, ümumi dəyəri təxminən 2,8 milyard dram (cari məzənnə ilə təxminən 5,6 milyon dollar) olan müqavilə imzalamaq üçün ərizə təqdim edib.
Beləliklə, Müdafiə Nazirliyinin anbarlarına yarasız, saxlama müddəti bitmiş və tələb olunan texniki parametrlərə uyğun olmayan döyüş sursatı daxil olub. Nəticə də göz qabağında…
Esmira ŞÜKÜROVA. İctimairey.az