ANIM GÜNÜ: Vətən müharibəsinin ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
ANIM GÜNÜ: Vətən müharibəsinin ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 27-də Vətən müharibəsinin ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilir.
İctimairey.az-a MN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Plana əsasən nazirliyin rəhbərliyi və şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunur, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilir, Dövlət himni ifa olunur.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün, Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilir.
Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında ətraflı söhbətlər aparılır, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılır.
•
Məmmədov Güloğlan İctimairey.az