ŞOK: Jirinovski “sürgün” cəzasını bərpa etməyi təklif edib

0

 

Müdafiə naziri bu yaxınlarda Sibirdə yeni şəhərlər quracağımızı söyləyib. – bu fikri dəstəkləyirik. Bir problem var. Bəs insanları, işçi qüvvəsini haradan almaq olar? Belə bir konsepsiyanı bərpa etməyi təklif edirəm. Həbsxanada yatan məhbuslar ki var – kimisi, haradansa oğurluq edib və ya sərxoş vəziyyətdə dava-dalaş salıb. Hamsını ora işləməyə göndərmək lazımdır. Futbol oyunçularını da xatırlayın, Mamayevi, Kokorini? Onları da iki və üç illik həbsxanaya göndəriblər. Yaxşı olar ki, onları Sibirə bir neçə illik sürgün eləsinlər, orada işlətsinlər. Hələ bir orada futbolu da inkişaf etdirərlər”- Jirinovski deyib.
Eyni zamanda, Jirinovski xarici agentlərə işləyənləri də Sibirə sürgün etməyi təklif edib.
“Bu gün xarici agentlərin bəzisi Riqaya, bəziləri Londona, bəziləri isə, Moskvada oturaraq təxribat fəaliyyətlərini davam etdirir – onları da həbsxanalara yox, Sibirə göndərmək lazımdır. Orada işləyib, vətənə xeyir versinlər” – Liberal Demokrat Partiyasının lideri əlavə etdi.

Rusiya Prezidenti Vladimir Putin bu təklifi mənfi qiymətləndirərək, belə bir təcrübənin qəddar olduğunu və heç bir nəticə verməyəcəyini qeyd edib.
“Sürgün yolu ilə əmək qaynaqları təmin etmək bizim üsulumuz deyil … həddindən artıqr qəddarlıqdır”, – deyə prezident bildirib.
Esmira ŞÜKÜROVA. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »