Taliban sözçüsü Mücahid: Əfqanıstan hökuməti Əşrəf Qaninin ekstradisiyasını tələb etmir
Yeni Əfqanıstan hakimiyyəti ölkənin keçmiş prezidenti Əşrəf Qaninin özü ilə apardığı pulların geri qaytarmasını istəyir.
İctimairey.az xəbər verir ki, bunu müvəqqəti Əfqanıstan hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid deyib. Eyni zamanda vurğulayıb ki, Taliban ölkənin keçmiş liderinin təhvil verilməsini tələb etmir. “Ancaq Əşrəf Qani dövlət vəsaitlərini oğurlayıb və banka qaytarılmasını tələb edirik. Onlar xalqa və banklarımıza məxsusdur”- deyə radikal hərəkatın nümayəndəsi bildirib.
Xatırladaq ki, mayın 1-də ABŞ və NATO qoşunlarının Əfqanıstan ərazilərindən rəsmi çıxarılması başladıqdan sonra, ölkədə vəziyyət gərginləşdi vəTaliban qüvvələri gücləndi. Avqustun 15 -də silahlılar Əfqanıstanda nəzarətin ələ keçdiyini elan etdilər. Eyni gündə isə, Əfqanıstan Prezidenti Əşrəf Qani istefa edərək ölkəni tərk etdikdə , özü ilə külli miqdarda pul aparıb.
Esmira ŞÜKÜROVA İctimairey.az