Pakistanın Baş naziri İmran Xan Baş Assambleyanın 76 -cı sessiyasında çıxış edərək, dünya ictimaiyyətini radikal Taliban hərəkatının üzvlərinin təmsil olunduğu, yeni Əfqanıstan hökumətini dəstəkləməyə çağırıb.
Xanın fikrincə, bu, ölkədə humanitar böhranın yaranmasının qarşısını alacaq. “Əfqanıstana indi laqeyd yanaşmamalıyıq. BMT -yə görə, Əfqanıstan əhalisinin yarısı artıq sındırılmış vəziyyətdədir və gələn il ölkə əhalisinin təxminən 90% -i yoxsulluq həddində olacaq. Qarşıda bizi böyük bir humanitar böhran gözləyir. Və bu, təkcə Əfqanıstanın qonşuları üçün deyil, bütün dünya üçün ciddi nəticələrə gətirib çıxaracaq” -deyə Xan bildirib.
Siyasətçi hesab edir ki, vəziyyətdən yalnız bir çıxış yolu var – bu da, “Əfqanıstan xalqı adına” mövcud hakimiyyəti gücləndirmək və sabitləşdirməkdir. O, həmçinin BMT ölkələrini səfərbər olmağa çağıraraq, ölkənin hazırda kritik bir mərhələdə olduğunu, bu səbəbdən dərhal humanitar yardım göstərilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, 27 sentyabr – bazar ertəsində keçmiş Əfqanıstan hakimiyyəti tərəfindən təyin edilən və dünya ictimaiyyəti tərəfindən tanınan Qulam İsxakzai yenə də, BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək. Bu barədə, sentyabrın 22-də BMT Baş Katibinin sözçüsü Stefhan Dyujjarik Talibanın Baş Assambleyanın yüksək səviyyəli həftəsində danışmaq istədiyi xəbərini vermişdi.
Esmira ŞÜKÜROVA. İctimairey.az