Yunanıstanda bir dənə də avtomobil fabrikinin olmamasını tənqid edən Yunan mətbuatı, Türkiyənin 17 fabriki ilə avtomobil ticarətində lider olduğundan yazıb.
İctimairey.az Yunan mətbuatına istinadən xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatlarına əsaslanaraq fabriklərin sayı ilə bağlı məlumatlara əsaslanan Yunan mətbuatı yazıb ki, – “Avropada avtomobillərə tələbat son illərdə daim artmaqdadır və bu səbəbdən şirkətlər getdikcə daha çox fabrik açırlar”.
ACEA bəzi ölkələrin daha çox investisiya cəlb etdiyi barədə açıq şəkildə hesabat yayıb.
Hesabatda “Hazırda Avropada 290 avtomobil fabriki var, Yunanıstanda yoxdur. Rəqəmlərə daha ətraflı baxdığımızda 290 fabrikdən 185 -nin Avropa Birliyinin 17 ölkəsində yerləşdiyini görürük.” – yazılıb.
TÜRKİYƏ 17 FABRİKASI İLƏ AVTOMOBİL TİCARƏTİ ÜZRƏ LİDERDİR
Hesabatda Almaniyanın 41 fabriki ilə siyahının başında olduğu qeyd edilib;
“Fransa (30), İtaliya (22) və Polşa (16). AB xaricində 34 fabriklə Rusiya, Böyük Britaniya (30) fabrikə sahibdir. AB xaricində 17 fabrikə sahib olmaqla Türkiyə 3-cü yerdədir. Türkiyə, əslində bütün kateqoriyalar üzrə avtomobil ticarətində liderdir “.
Xəbərdə Avropanın bütün avtomobil zavodlarının siyahısı qeyd olunub.
Esmira ŞÜKÜROVA. İctimairey.az