Qondarma “Artsax Respublikası” Dövlət Komissiyasının qərarı ilə 27 sentyabr tarixində saat 11: 00-da Azərbaycanın 2020-ci ildə Artsax Respublikasına qarşı başlatdığı 44 günlük müharibə qurbanlarının xatirəsi bütün respublikada bir dəqiqəlik sükutla elan ediləcək.
İctimairey.az xəbər verir ki, bu barədə Erməni mətbuatı car çəkib. Məlumat qondarma “Artsax Respublikası” “Prezidenti Aparatının” Baş İnformasiya Şöbəsindən verilib.
Həmin gün saat 10.30 -da, “Artsax Respublikasının” bütün kilsələrində Erməni Apostol Kilsəsinin Artsakh Yeparxiyası “Vətənin” müdafiəsində ölən qəhrəmanların dəfn mərasimini qeyd edəcək.
Esmira ŞÜKÜROVA İctimairey.az