Dəhşətli mənzərə. Cəhənnəmdə yeni partlayışları dünya izləyir

0


İspaniyanın cənub-qərbindəki Kanar Adaları qruplarından biri olan La Palmada fəaliyyətə başlayan Cumbre Vieja vulcanının axını təsiri davam edir. Evakuasiya edilənlərin sayı 6000 -i keçdi.
Sentyabrın 19 -da yerli vaxtla saat 16: 10 -da La Palma vulkanının püskürmələri başlanandan, lavla örtülmüş ərazidən təxliyə edilənlərin sayı 6 mini keçdi.
La Palma vulkanından gələn lav yüzlərlə ev də daxil olmaqla yolundakı hər şeyi məhv edir. Partlayış səbəbindən 6 min insan təxliyə edildi, 400 hektar əkinçilik sahəsi və 320 ev yandı, 400 milyon avro ziyan dəyib. Lavdakı temperatur 1100 dərəcəyə çatıb.
İctimairey.az Yerli hökumət mənbələrinə istinadən bildirir ki, 19 sentyabrdan etibarən aktiv olan vulkandan gələn lav axınının orta hündürlüyünün 6 metrə çatdığını və bu günə qədər gündə havaya 6000-9000 ton zəhərli kükürd dioksid buraxıldığını bildirib.
“Ən heyrətlisi vulkandan gələn səsdir … Çox yüksəkdir və sanki, 20 döyüşçü qırıcı təyyarə birdən havaya qalxır.”
Hərbi Təcili Müdaxilə Bölümü 30 maşın və 67 personalla bölgədəki yardım, xilasetmə və nəzarət işlərini görür.
Kanar Adaları Vulkanik Araşdırmalar İnstitutu, Cumbre Vieja Yanardağında püskürmələrin 24 ilə 84 gün arasında davam edəcəyinin gözlənildini bildirib.
Mütəxəssislər, lavın dənizə töküləcəyi təqdirdə şiddətli partlayışların olacağını və kimyəvi reaksiyalardan çıxan qazların bölgə əhalisi üçün təhlükə yaradacağını xəbərdar ediblər.
İspaniyadakı sol koalisiya hökuməti də La Palmanın fəlakət bölgəsi elan ediləcəyini və lazım olan yardımın qısa müddətdə çatdırılacağını açıqlayıb.

ESMİRA  ŞÜKÜROVA .MƏMMƏDOV GÜLOĞLAN 
ICTİMAİREY.AZ

Leave A Reply

Your email address will not be published.

Tərcümə »