Hindistan hakimiyyəti, qərbdəki Qudjarat əyalətinin Mundra limanında təxminən üç tona yaxın heroinin ələ keçirib.
İctimairey.az xəbər verir ki, bu barədə The Times of India, Maliyyə Kəşfiyyat İdarəsinin (DRI) məlumatlarına istinadən bildirir ki, qiyməti 2,7 milyard dollara qədər olan bu yük, Əfqanıstandan İran üzərindən Hindistana, içərisi yumaq daşları kimi maskalanmış iki konteynerdə geçib. Səlahiyyətlilər bunu, Qudjaratda və bəlkə də Hindistanda ən böyük narkotik ələ keçirmə adlandırır.
Bu ələ keçirmə 2017-ci ildən bəri beynəlxalq narkotik kartellərinin qaçaqmalçılıq üçün keçid nöqtəsi olaraq, Qudjarat əyalətini seçdiyini müəyyən edən Hindistan kəşfiyyat xidmətlərinin uzun bir əməliyyatının nəticəsi olub. Heroin İranın Bəndər Abbas limanından olan təhlükəsizlik xidmətləri tərəfindən izlənilib. Hindistana yük idxalçısı Vidjayavada şəhərində qeydiyyatdan keçmiş (Andhra Pradeş ştatı) Aashi Trading şirkəti olub. Konteynerlər açılarkən yumaq daşlarının altında, çəkisi iki ton 989 kl olan 20-yə yaxın heroinlə dolu çuvallar tapılmış.
Heroinin ələ keçirilməsi ilə əlaqədar olaraq, iki Hindistan vətəndaşı saxlanılıb və Hindistanın bir sıra şəhərlərində, bir neçə ünvanda axtarışlar aparılıb. Bundan əlavə, Əfqanıstan vətəndaşlarının bu yükünün qaçaqmalçılığı ilə də əlaqəsi ortaya çıxıb. Hazırda Hindistan şöbəsi Talibanın qaçaqmalçılıqda mümkün iştirakını yoxlayır.
Talibanın əsas gəlir mənbəyi cinayətkar fəaliyyətdən əldə olunduğu məlumdur. Bura, xüsusən narkotik alveri, qəsb və fidyə(pul müqabilində) üçün adam oğurluğu daxildir. Taliban, həmçinin faydalı qazıntı yataqlarının qeyri-qanuni işlənməsindən əhəmiyyətli miqdarda vəsait götürür. 2020-ci ildə mədənçıxarma sektorundan Taliban-a təxminən 464 milyon dollar, tiryək ticarətindən isə 460 milyon dollar mənfəət gətirib. Mətbuatda yayılan məlumatlara görə, Taliban hər il cinayətkar fəaliyyətindən 1,5 milyard dollardan çox gəlir əldə edir.
Hakimiyyətə gəldikdən sonra Taliban, Əfqanıstanın narkotik istehsalı mərkəzi olmasına icazə verməyəcəklərini açıqlamışdı. Zabihullah Mücahid Taliban hərəkatının sözçüsü, “Əfqanıstan indi narkotikdən azad bir ölkəyə çevriləcək, ancaq beynəlxalq dəstəyə ehtiyacımız var – beynəlxalq ictimaiyyət alternativ tapmağımıza kömək etməli – bizə alternativ mədəniyyətlər təqdim etməli və narkotiklərə son qoymalıyıq” – demişdi. Onun sözlərinə görə, 2001-ci ildə Əfqanıstan Taliban hakimiyyəti altında olanda narkotik istehsalının həcmi “sıfıra enib”.
İctimairey.az