İspaniyanın cənub-qərbindəki Kanar adaları qruplarından biri olan La Palma adasındakı Cumbre Vieja (Old Peak) Vulkanının aktivləşməsi səbəbindən bölgədən təxminən 5 min insan təxliyə edildi.
El Paso bölgəsindəki futbol sahəsinə təxminən 1400 adamın toplandığı paylaşılıb. Vulkanın 5 ağzından çıxan kül və lav ətraf mühitə zərər verməyə başlayıb. 100-dən çox ev yanaraq kül olub.
700 metr yüksəkliyə qalxan lava axını davam edir. Lavadan ölən və yaralanan olmayıb.
Son bir həftə ərzində bölgədə 21 mindən çox zəlzələ meydana gəlib.
Xatırladaq ki, İspaniyada son vulkan püskürməsi 1971-ci ildə La Palma adasının cənubundakı Tenequia Yanardağında baş verib.
İctimairey.az