Sahibkar xanımlar xeyriyyəçilik missiyasını uğurla davam etdirir

0

Sahibkar Qadınlar İçtimai Birliyinin (ASQ IB) yaranmasının 20 illiyinə həsr olunan tədbir keçirilib. Toplantıda Sahibkarlara Dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, ASQ IB.nin səmərəli fəaliyyətini və uğurlarını qeyd edən təntənəli çıxışlar səsləndirilib.
Güclü, müstəqil, uğurlu Azerbaycan qadınları bu gün müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Qadınların səlahiyyətlərinin həyata keçirilməsi dövlət siyasətinin mühüm prinsipidir. Çox vaxt uğurlu karyera quran xanımlar öz uğurlarını xeyriyyəçiliyə bağlayırlar.

Azerbaycan qadınlarının maarifləndirilməsi, gender bərabərliyi və qadın hüquqları ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bu layihənin inkişafında əsas məqsəd qadınların səmərəli fəaliyyəti üçün ideal mexanizmin yaradılmasıdır. 2011ci ildən ehtibarən ölkədə davamlı biznesə malik olan qadın sahibkarlar formalaşmağa başladı.

Azerbaycanda Sahibkarların 22%i sahibkar qadınlardır və gələcəkdə bu faizin get-gedə artırılması gözlənilir. Bunun nəticəsidir ki, Azerbaycanda işgüzar Qadınları dəstəkləmək üçün 2017ci ildə Azerbaycan Sahibkar Qadınlar Asossiasiyası yaradıldı. Beləliklə Ölkəmizdə fəaliyyət göstərən Sahibkar xanımlara Zemfira xanım Ağayeva, Hacı Zerintac xanım İsmayılova, Fəxriyyə xanım Xələfova olmaqla bütün Biznes Ledilərə bol bol uğurlar arzu edirik..

Şairə Naile Muradova. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »