Ermənistanı Artsaxsız təsəvvür etmək mümkün deyil. Amma, bizə də erməni deyərlər. S. Karapetyan

0

 

“Tashir” şirkətinin təsisçisinın məqsədi Artsaxa sabit və etibarlı bir gələcək təmin etməkdir.

İctimairey.az Armenpress-in məlumatına görə xəbər verir ki, Erməni İş Adamları Dərnəyinin sədri, Tashir şirkətlər qrupunun prezidenti Samvel Karapetyan bunu Yerevanda Erməni İşgüzar Forumu-2021-in açılışında, Tashir şirkətlər qrupunun növbəti beş illik proqramlarını təqdim edərkən deyib.

“Ermənistanı Artsaxsız təsəvvür etmək mümkün deyil. Artsax xalqına həmişə xüsusi diqqət göstərmişik. Gələcəkdə də bu işi davam etdirəcəyik. Artsax Respublikası iqtisadiyyatının inkişafı və Artsax xalqının rifahına yönəlmiş proqramların həyata keçirilməsi üçün təxminən 50 milyon dollar ayıracağıq “- Karapetyan deyib.

Erməni iş adamı ümid edir ki, biznes tezliklə yeni proqramlar və təşəbbüslərə malik olacaq.
“Əminəm ki, Ermənistanı güclü bir ölkə edəcəyik və bütün dünyaya bir şeyi sübut edəcəyik ki, yeni imkanlar yaratmaq əlimizdədir: əhalinin sayıca az olsaq da, bizə erməni deyirlər”, – Samvel Karapetyan bununla sözünü yekunlaşdırıb.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »