DƏMİR YUMRUQ OLUB MÖHTƏRƏM PREZİDENTİMİZİN ƏTRAFINDA BİRLƏŞMƏYİN TAM ZAMANIDIR

0

 

Cəmiyyətimiz yaxşı bilir ki, dövlətimizdə aparılan düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruya bilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində, ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya bilmiş, dünya böhranından sonra dinamik inkişafını davam etdirmişdir.
Bütün bunların nəzdində, qonşu düşmən ölkə bizim sosial iqtisadi inkişafımızı həzm edə bilmir. Dəyərli həmvətənlərimiz və sosial şəbəkələrdə aktiv olan dostlarımız, sizə müraciət edirəm. Bu gün dünyada və bizlərlə sərhəd qonşularımız olan ölkələrdə baş verən obyektiv və subyektiv (məsələlərlə) prosseslərlə hamımız tanışıq. İtirilmiş ata baba torpaqlarımızın geri qaytarılması hamımlzın ürəyincədir. Çox təsüflər olsun ki, bizim bu nailiyyətimizi bəzi qonşularımız həzm edə bilmir. Hər cür təxribata əl atmaqla, ölkədə çaxnaşma yaratmağa cəht göstərirlər.

Respublika ziyalılarına demək istəyirəm ki, biz birdə 1990 cı ilə dönməməliyik. O illərdə gördüyümüz özbaşınalığı, itaətsizliyi yəqin ki, bugünkü gənc nəsilin yaşamağını istəmərik. Təxribatlara heç cür uymaq olmaz. İstənilən təxribatın qarşısını biz ziyalılar da dövlətimizə dəstək fonunda, özümüz də almayıq.

İranın molla rejimi, Rusiyanın SSRİ xülyası, ernənilərin torpaq iddiasında olan revanşist dövləti bizim neftlə zəngin olan, güclü iqtisadiyyata malik ölkəmizə heç də yaxşı münasibət bəsləmirlər.

Bizdən tələb olunan bu dur ki, bu günlərdə çox ayıq sayıq olaq, dəmir yumruğun ətrafında sıx birləşib, ölkəmizin daxili və xarici siyasətində daha böyük uğurlar qazanmasına öz töhfəmizi verək.

Fuad QƏHRƏMANOV İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »