Arılar Afrikada nadir pinqvinləri sancaraq qətlə yetiriblər

0

Nəsli kəsilməkdə olan 63 Afrika pinqvini Keyptaun yaxınlığında arı sancmasından ölüb. Nadir quşların müdafiəçilərinə görə, bu, görünməmiş bir haldır.
Simonstovn yaxınlığındakı Bouldesres Çimərlik Qoruğunda pinqvinlərin diş izləri olan cəsədlər tapılıb. Araşdırma nəticəsində, başqa heç bir xəsarət və ya xəstəlik əlaməti aşkar olunmayıb.
Cənubi Afrika Milli Parklar Təşkilatının dəniz bioloqu Alison Cock BBC yə verdiyi açıqlamada bunun ilk dəfə baş verdiyini söyləyib.
“Adətən pinqvinlər və arılar bir -biri ilə anlaşırlar. Adətən arılar onlara toxunmasan, sancmazlar. Görünür ki, pinqvinlər arı yuvasını dağıdıb və hücuma məruz qalıb.”
Ölümə səbəb, arıların pinqvinlərin üzgəc və göz ətrafını sancması olub, çünki pinqvin bədəninin bu hissələri lələklə qorunmur. Pinqvinlərdən birini 27 arı dişləyib. Əlbəttə. Bu ölümcül sancmadır.”
“Arılar dişlədikdən sonra ölür. Pinqvinlərin yanında çoxlu ölmüş arı tapılıb.”
Afrika Vəhşi Arı İnstitutundan Jenny Cullinan BBC-yə verdiyi açıqlamada – “Bir arı sancdıqda havaya bir feromon buraxır və yuvanı qoruyan digər arılar hədəflərini qoxudan aşkarlayırlar”-deyib. İnstitut mütəxəssislərinin fikrincə, evlərin yanında, şəxsi torpaq sahələrində pətək saxlamaq təhlükəli deyil.
Qeyd edək ki, getdikcə qida çayışmamazlığından, -balıq ovunun artması səbəbindən– sayı azalan Afrika pinqvinləri, Antarktida imperator pinqvinlərindən kiçikdir. Əsasən Cənubi Afrika və Namibiyadakı okean sahillərində və adalarda yaşayırlar.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »