Bu gün Millət Vəkili Elnur Allahverdiyev.ş Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və partiyamızın fəalları ilə Yasamal rayonunub şəhidi Elvin Salahovun ailəsinə baş çəkib, məzarını ziyarət edib.
Elvin Vətən müharibəsində şücaət göstərən qəhrəmanlarımızdan biridir. Şuşanın azad olunmasına 1 gün qalmış Xocavənd ərazisində şəhid olub. Elvin Salahov müharibədəki rəşadətinə görə “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Millət Vəkili Elnur Allahverdiyev şəhidin məzarı başında çıxış edərək bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda erməni işğalçılarına tarixi bir dərs verib və sözünə əlavə olaraq qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük, tarixi qələbəni gətirib. 44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq daim tarixdə və yaddaşlarda yaşayacaq.
Qeyd edək ki, Atası Sabir kişi 26 il polis orqanlarında xidmət edib, I Qarabağ savaşının iştirakçısıdır. Övladı ilə fəxr edir. İkinci oğlu da hərb elmini öyrənir, hazırda Heydər Əliyev adına Hərbi Akademiyanın ikinci kursunda təhsil alır.
Belə övladları olan xalqa qalib gəlmək mümkün deyil. Allah şəhidlərimizə rəhmət etsin! Şəhidlər ölməz, Vətən bölünməz!
Fuad Qəhrəmanov İctimairey.az