Dmitri Peskov Putinlə Ərdoğan arasında qarşıdakı görüşdən danışıb.
İctimairey.az Rusiya mediyasına istinadən bildirir ki, Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya qarşıdakı səfərini təsdiqləyib və hazırlıq işlərinə başlanılıb.
“Həqiqətən, Türkiyə Prezidenti Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfərinə hazırlıq işlərinə başlanılıb… Gündəmdə ikitərəfli münasibətlər, əməkdaşlıq geniş müzakirə olunacaq. Bu çoxşaxəli bir münasibətdir və prezidentlərin hər zaman bu kontekstdə danışacaq şeyləri var. Eynu zamanda, əlbəttə ki, Suriya və digər regional münaqişələr ətrafında da geniş müzakirələr gözlənilir.- deyə Peskov vurğulayıb
Esmira ŞÜKÜROVA. İctimairey.az