Prezident Ərdoğan ABŞ-a uçuşundan əvvəl Ermənistanla əlaqələrdən və kirayə ev qiymətlərinin artmasından danışıb

0

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a getmək üçün İstanbul Atatürk Hava Limanından yola düşdü.
BMT Baş Assambleyasında çıxış etmək üçün, Nyu Yorka yola düşən Ərdoğan, uçuşundan əvvəl mətbuat konfransı təşkil edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın Naxçıvanı Azərbaycana bağlayacaq dəhlizə icazə verməyəcəklərini söyləməsi ilə bağlı sualı cavablandıran Ərdoğan, “Bu dəhlizin açılıb açılmaması siyasi bir mövzudur. Bir tərəfdən bunu söyləyərkən, digər tərəfdən mənimlə görüşmək istəyi düşündürücüdür” – deyə cavablandırmış.
“Tayyib Ərdoğanla görüşmək istəyirsinizsə, burada bəzi addımlar atılmalıdır. Biz danışıqlara qapalı deyilik, danışıqları aparırıq”
“Əgər bu mövzuda həqiqətən səmimidirsə, səmimiyyətimizi göstərəcəyəm və burada diplomatiyaya başlayacağam. Diplomatiya başlayanda isə, burada bir şeylərin alınıb, verilməsi lazımdır.”- deyə Türkiyə Prezidenti Tayyib Ərdoğan vurğulamış.
Prezident Ərdoğana gələn başqa bir sual, tələbələrin artan kirayə qiymətlərini ödəməkdə çətinlik çəkmələri ilə bağlı bir şeylər edib – etməyəcəkləri idi.
Ərdoğan bu suala “Əgər belə bir haqsızlıq, bu qədər qəddarlıq, bu cür sui -istifadə varsa, bizim işimiz onları yaxından təqib edərək bu qəddarlığın qarşısını almaqdır” – deyə cavablandırıb.
Prezident Ərdoğan, Nyu Yorkda Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ilə görüşəcəyini də açıqlayıb.
Digər tərəfdən, Reutersə danışan Mitsotakis, Aralıq dənizi ölkələrinin iqlim dəyişikliyi ilə mübarizədə digər ölkələrə nümunə göstərməli olduğunu söyləyib.
Mitsotakis “İqlim dəyişikliyi haqqında artıq danışmaq istəmirəm. İqlim böhranı anlayışından istifadə etmək istəyirəm, çünki biz indi bunu yaşayırıq”- deyib.
Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »