İtkin düşən ermənilər Azərbaycan ərazisindən tapıldı.

0

 

“İtkin düşən” Ermənistan vətəndaşlarının tapılması üçün, hərəkətə keçən Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FTX -nin birgə qüvvələri axtarışı dayandırmalı olublar.
Məlum olub ki, “itkinlər” 2 erməni diversantı olub və onlar Gorus-Qafan yolunun Bərgüşad kəndi ərazisində olan Azərbaycan postuna diversiya etmək məqsədi ilə bizim əraziyə daxil olublar. Diversantlar tam ərazimizdə hərəkətə başlayarkən, sərhəd xidməti onları nəzarətə alaraq, hərəkətlərini izləyib və posta yaxınlaşan zaman hər ikisi zərərləşdirilib.
Erməni mediyası isə, məsələyə tam başqa ad qoymuş, guya ki, bu 2 gənc yenicə ordudan tərxis olmuş və öz əsgər yoldaşları ilə görüşmək istəyində olublar. Lakin, yolu azmış və itkin düşmüşlər.
Esmira ŞÜKÜROVA. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »