Birinci instansiya məhkəməsi ikinci prezident Robert Köçəryanın ölkədən çıxışına və Moskvaya getməsinə icazə verməkdən imtina edib.
İctimairey.az Ermənistan mediyasına istinadən xəbər verir ki, Lideri eks-prezident Robert Köçəryan olan, Hayastan blokunun bəyanatında deyildiyi kimi, Rusiya Federasiyasının hakim “Vahid, Rusiya” partiyası təxminən bir həftə əvvəl Köçəryana Moskvaya səfər etməsinə dəvət göndərib. “Sentyabrın 19-da başlayacaq səfər zamanı Rusiya tərəfi ilə nəinki partiyalararası əməkdaşlığın, həm də bir sıra digər məsələlərin geniş müzakirə ediləcəyi gözlənilirdi. Lakin, Robert Köçəryanın xaricə səfər etməsinə icazə verilməyib. Görüşü ləğv etmək məcburiyyətindəyik “, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, keçmiş prezident Köçəryan artıq bir neçə dəfə Moskvaya getmişdir. Bu gedişlərdə məhkəmə heç bir problem qeydə almamış və məhkəmənin imtina etməsində heç bir hüquqi səbəbi görməmişdi.
Blokun mətbuat xidməti bildirib ki, “Biz Hayastan blokunun siyasi fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə məhkəmədə hakimiyyətin daha bir təzyiqinin şahidi oluruq. Baş verənləri hakimiyyətin şəxsi ədavətinin başqa bir təzahürü və dövlətin tamamilə yoxluğunun başqa bir sübutu kimi qiymətləndiririk”.
Esmira ŞÜKÜROVA. Ictimairey.az