ABŞ-ın Nyu-York şəhərində inşa edilən Turkevi-nin açılışı 20 sentyabr, bazar ertəsi günü keçiriləcək.

0


Açılışa rəsmi səfəri çərçivəsində ABŞ-a gedən Prezident Rəcəb Tayyib Ərdoğanın qatılacağı gözlənilir.
Nyu-Yorkun Manhattan rayonunda Birləşmiş Millətlər Təşkilatının binası ilə üzbəüz inşa edilən 171 metr yüksəklikdəki Türkevi-nin (Türk Mərkəzi) sabah açılışı olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın açılışını etməsi gözlənilən binada Türkiyənin Nyu York Konsulluğu və Birləşmiş Millətlər Daimi Nümayəndəliyi də iştirak edəcək. Binanın inşasına 2017-ci ildə Türkiyə və ABŞ tərəfdaşlığı ilə başlanılıb. Covid-19 pandemiyası səbəbiylə açılışı bir il təxirə salınan binanın daxili dizaynı Osmanlı və Səlcuq memarlığı üslubunda inşa edilmişdi.
Nyu-Yorkun ticarət, mədəniyyət və maliyyə mərkəzi Manhettendə istifadəyə verilməsi gözlənilən 36 mərtəbəli göydələn 20 min kvadratmetr ərazidə inşa edilmişdir. Turkevi-nin ofis mərtəbələri, 200 nəfərlik auditoriyası və sərgi salonları var.
Binanın memarlıq dizaynını üzərinə götürən Perkins Eastman şirkəti, “New Yorkun siluetinə maraqlı bir əlavə olan Türkevi, Türkiyə Respublikasının Amerika Birləşmiş Ştatlarında missiyalarını dəstəkləyir”- deyə açıqlamışdır. Şirkət, Manhattanda bir çox konsolosluğun yerləşdiyi küçədə inşa edilən Türkevi-nin fasadının, hilaldan ilham alaraq əyri şəkildə dizayn edildiyini bildirir.
Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »