Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotunun “Mahaçkala” və “Astraxan” kiçik artilleriya, “Anatoli Qujvin”, “SB-738” xilasedici yedək gəmiləri Bakıya gəlib.
Gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.
Gəmilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün gəlib.
“Beynəlxalq Ordu Oyunları” yarışları bir neçə ildir ki, keçirilir.
Azərbaycanda ötən ayın sonunda Türkiyə ilə birgə hərbi təlimlər başlamışdı.
Qeyd edək ki, qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
İctimairey.az