Silahlı hücumdan sonra 12 il konsert verməyən İbrahim Tatlıses, Kuruçeşmədə bir-birinin ardınca konsert verəcək. İllər sonra pərəstişkarları ilə görüşməyə hazırlaşan müğənninin konsert biletləri 2 saat ərzində satılıb.
İllər əvvəl başından vurulduğu üçün pərəstişkarlarından uzaq düşən İbrahim Tatlıses keçən il Ibo Show ilə ekranlara qayıtmışdı. Ustad sənətçi illər sonra ilk dəfə konsert vermək üçün günlərini saymağa başlayıb.
Konsert elan edildikdən sonra, biletlər bir neçə dəqiqə ərzində satılıb. Tatlıses xalqın tələbi ilə tək qala Kuruçeşmedə verəcəyi Açıq Hava konsertini iki gün daha uzadıb. İbrahim Tatlıses Kuruçeşme Açıq Havada üç gün üst üstə səhnəyə çıxacaq. Poll Production təşkilatçılığı ilə Paraf Kuruçeşme Açıq Hava Konsertlərində pərəstişkarları ilə görüşəcək Tatlıses pərəstişkarları, imperatora və mahnılarına həsrət qalacaqlar.
İctimairey.az