Salyanda 9 yaşayış məntəqəsi qazla təmin edildi

Dövlətimizin başçısının təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi, təbii qaz təsərrüfatında da son illər böyük nailiyyətlər əldə olunub. Əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin sürətli qazlaşdırılması işləri aparılıb.
Paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində işləri sürətlə davam etdirilir.

Bu gün Salyan rayonunda 9 yaşayış binasının qazlaşdırılmasının açılış mərasimi baş tutdu. Tədbirdə Salyan Rayon Icra Hakimiyyetinin başçısı Sevindik Hətəmov, İH-nin müavinləri, Birlik yanında yaradılan “İctimai Şura”nın sədri Xəyal Bəşirov və sədrin müavini, binalarda yaşayan sakinlər iştirak edib.

Rayonun 20 Yanvar və “RTS” adlanan küçələrində yerləşən 119 mənzildən ibarət 9 yaşayış binasının qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumilikdə 2882 metr uzunluğunda müxtəlif diametrli borular vasitəsilə qaz xətti çəkilib. Hər bir mənzilə sonradan ödənişli sayğac quraşdırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasında qaz çəkilişi aksiyalarının davam etdiriləcəyi, əhalinin təbii qazla təchiz olunmayan yaşayış məntəqələrində tələbatının təmin edilməsi istiqamətində rayon İH-ti tərəfindən xüsusi diqqət ayrılacağı vurğulandı.

Fuad QƏHRƏMANOV. İctimairey.az

Comments are closed.

Tərcümə »