“Qalatasaray” ın baş məşqçisi Fatih Terimə son vaxtlar İtaliya mətbuatı tərəfindən ciddi diqqət yetirilir. Lazio matçından sonra, İtaliya mediası ilə görüş keçirən Terim, – “İtaliyada çalışacaqsanmı?” sualına – “Q. Saray ilə 3 illik müqaviləm var. Amma İtaliyadan zəng alsam, dərhal ayrılacağam” – deyib.
Mynetin xəbərinə görə; “Qalatasaray”ın “Lazio”nu məğlub etdiyi oyundan sonra, Fatih Terim İtaliya mətbuatının nümayəndələri ilə görüşüb. İtalyan jurnalistlə əylənən Terim onları ən xoş şəkildə qarşılayıb.
Fatih Terim dostu Joze Mourinhoyla bağlı suallara, “Uğurlu yollar. Mourinhoya salam deyin. Romada görüşərik” – deyə cavab verib.
İtaliyadan bir təklif gəlsə necə cavab verəcəyi ilə bağlı suala belə cavab verib: – Mən həmişə Serie A -nı izləyirəm. İtaliyanı çox sevirəm. Bu gün də La Gazzetta Dello Sport oxuyuram. Sarri mənim dostumdur. Lazio yaxşı olacaq. İndi “Qalatasaray” la 3 illik müqaviləm var. Adamlarımla bərabər bir şeylər etmək üçün mübarizə aparıram. Bu macəranın sonunda İtaliyadan zəng alsam, dərhal ayrılacağam.
İctimairey.az