Talibanın dünyanı ayağa qaldıran növbəti edamı! 9 və 10 yaşlarında iki uşaq başları kəsilərək öldürülüb
Əfqanıstanda tam nəzarəti ələ alan və hökuməti quran Talibanla bağlı dəhşətli iddialar bir -birinin ardınca gəlməyə davam edir. Müqavimət göstərən mülki əhalini öldürdüyü iddia edilən Taliban yaraqlılarının 9 və 10 yaşlarında iki uşağı başlarını kəsərək öldürdükləri dünya gündəminə bomba kimi düşdü.
20 ildən sonra yenidən hakimiyyətə gələn Taliban, bir müddət verdikləri mülayim mesajlara baxmayaraq, edam xəbərləri ilə gündəmə gəlməyə davam edir.
Xəbər ölkədə hələ də qalmış Əfqanıstan müttəfiqlərini xilas etmək istəyən könüllü xilasetmə qrupunun keçmiş ABŞ Ordusunun zabiti Jean Marie Throverdən gəlib. Throver Taliban yaraqlılarının 9 və 10 yaşlarında iki oğlanı edam etdiklərini bildirir. New York Post qəzetində yer alan xəbərə görə, Taliban uşaqların başlarını kəsərək edam edibl
Qısa müddətdə bomba kimi düşən qətl hadisəsi, belə demək mümkünsə, həyacana səbəb olub. Son məlumatlara görə, Əfqanıstandan çıxarılma prosesi zamanı yüzlərlə insan ölkəni tərk edib. ABŞ ordusunun geri çəkilməsindən sonra, hələ də risk altında olan minlərlə əfqanlının ölkədə qaldığı və bu insanların həyatının risk altında olduğu bildirilir.
İctimairey.az