sports.ru Rusiyanın idman saytlarından biridir. Azərbaycan millisinin futbolçusu Mahir Emrelini erməni kimi təqdim edib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Spartak”la Polşanın “Legiya” klubu arasındakı oyunu canlı şəkildə şərh edən saytın azərbaycanlının erməni kimi təqdim etməsi təəccüb doğurur.
Xatırladaq ki, Ruslan Emrelin oyunun 78-ci dəqiqəsində rəqib qapısına başla top vursa da, hesaba alınmayıb.
Qeyd edək ki, “Spartak” – “Legiya” matçı qonaqların qələbəsi ilə yekunlaşıb – 0:1.
İctimairey. az