44 günlük müharibə zamanı “Hayastan” fonduna toplanan vəsaitləri dövlətin zəruri ehtiyaclarını ödəməyə yönəldilib.
İctimairey.az xəbər verir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan sentyabrın 15 -də keçirilən Ermənistan Milli Məclisinin iclasında müxalifət blokunun “Şərəfim var” parlament fraksiyasının katibi Ayka Mamidjanyanın sualını cavablandırarkən deyib.
Baş nazir vəsaitin silah almağa deyil, yalnız o dövrdə xeyli artan tibbi, sosial və digər xərclərə xərcləndiyini aydınlaşdırmağa tələsib.
“Bu məqsədlər üçün 100 milyarddan ( 346 554 142.85 manat) bir az çox vəsait ayrıldı. Bunun 52 milyardı fonddan, qalan 50 milyardı isə dövlət büdcəsindən ayrılıb. Beləliklə, fondun vəsaitləri nizamnamə məqsədləri çərçivəsində xərclənib”- deyə Paşinyan aydınlıq gətirib.
O qeyd edib ki, həmin günlərdə fondun qəyyumlar şurasının iclasında “Hayastan” fondu ayrılan vəsaitin xərclənməsi ilə bağlı hökumətin hesabatını dinləyib. Hesabatı Paşinyan özü təqdim edib. Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, hesabatı dinlədikdən sonra, fondun Himayəçilik Şurası vəsaitlərin sui -istifadə etmədən və israf edilmədən xərcləndiyi barədə bəyanat yayıb.
“Fond bu vəsaitlərin xərclənməsinin daha ətraflı yoxlanılması tələbini irəli sürüb. Bu barədə məlumatın vətəndaşlara çatdırmaq üçüç dərc edilib-edilmədiyini bilmirəm, amma məzmunu təxminən eynidir “- deyə politolok bidirib.
Xatırladaq ki, Qəyyumlar Şurasının sədri Ermənistan Prezidenti Armen Sarkisyandır.
Esmira ŞÜKÜROVA İctimairey.az