Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşü bu gün Düşənbədə öz işinə başlayıb.
İctimairey.az xəbər verir ki, bu barədə RİA Novostinin müxbiri məlumat verib.
Tacikistan prezidenti Emomali Rəhman görüşün açılışında qeyd etdi ki, -“Tacikistanın KTMT-dəki sədrliyi, kollektiv təhlükəsizlik bölgəsinin qarşılaşdığı fövqəladə çətinliklər və təhdidlər dövrünə təsadüf etdi. Buna baxmayaraq, Tacikistan, KTMT-dəki tərəfdaşlarının dəstəyi ilə, sədrlik funksiyalarını ardıcıl olaraq həyata keçirir”.
Rəhmanın fikrincə, yüksək səviyyəli siyasi qarşılıqlı əlaqəni təmin etmək, xarici siyasət mövqelərinin koordinasiyasını təmin etmək mümkün olub. O, – “Mövcud beynəlxalq və regional gündəmin aktual məsələlərinə dair bəyanatlar qəbul etməyə davam edəcəyik” – deyə bildirib.
Rusiya Prezidenti Vladimir Putin KTMT sammitində video bağlantı vasitəsi ilə iştirak edir.
İctimairey.az