Qadın kadrlar Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq “Həmid Karzai” hava Limanında yenidən işə qayıtdı.
ABŞ qüvvələri 31 avqust tarixindən etibarən ölkəni tamamilə tərk etdikdən sonra, Taliban nəzarətində olan hava limanında işlər normal halada davam edir.
Hava limanının rəhbərliyindən alınan məlumata görə, 30-a yaxın qadın müxtəlif şöbələrdə işləməyə başlayıb. Yaxın günlərdə sayının 60-a çatacağı gözlənilir.
Qadınlar keçid məntəqələrində, sərhəd polisi bölmələrində, texniki və xidmət işlərində öz işlərinə davam edir. Hava Limanı Başçısı Mevlevi Abdulhadi Hamedan verdiyi açıqlamada, qadınların İslami hicab qaydaları çərçivəsində işləyə biləcəyini və bütün keçmiş qadın işçilərin işə dəvət edildiyi bildirir.
Adının çəkilməsini istəməyən bir qadın işçi, “İşə qayıtdığımız üçün xoşbəxtik. Taliblərdən maaş problemimizi həll etmələrini xahiş edirik” – dedi.
Esmira ŞÜKÜROVA İctimairey.az