Çin Prezidenti Baydenin onunla şəxsi görüşmək istəyini rədd edib
Nəşrin yazdığına görə, Çin lideri telefon danışığı zamanı ABŞ -ın Çinə qarşı daha az aqressiv ritorikaya riayət etməsində israr edib.
… ABŞ Prezidenti Jo Bayden Çin Prezidenti Si Tsinpini şəxsi görüşə dəvət etdi, lakin bu təklif qəbul edilmədi.
İctimairey.az xəbər verir ki, bu barədə çərşənbə axşamı İngiltərənin “Financial Times” qəzeti iki siyasətçinin 9 sentyabr telefon danışığının gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Amerikanın təşəbbüsü ilə təşkil edilən söhbət bir saat yarım davam edib. Bu, Baydenin dövründə ABŞ və Çin liderləri arasında yalnız ikinci söhbət idi. Birincisi yeddi ay əvvəl, fevralın 10-da baş verib.
Məqalədə deyildiyi kimi, Bayden Vaşinqtonla Pekin arasındakı münasibətlərdə çıxılmaz vəziyyəti aradan götürmək məqsədi ilə zirvə toplantısı keçirməyi təklif edib. Ancaq nəşr mənbələri bunun əvəzinə Si Tinpinin ABŞ-ın ÇXR-ə qarşı daha az aqressiv ritorikaya riayət etməsində israr etdiyini yazır.
Financial Timesın həmsöhbətləri, Pekinin belə bir zirvə təşkil etmək istəməməsi ilə bağlı heç bir nəticə çıxara bilmirlər. Koronavirusla əlaqəli sağlamlıq riski də ola bilrər. Beləliklə, Si Tsinpinin 2020 -ci ilin yanvar ayından bəri Çini tərk etmədiyi göstərilir.
Qeyd edək ki, Si Tsinpin pandemiya başlamazdan əvvəl Myanma ziyarət etdi.
Esmira ŞÜKÜROVA İctimairey.az