Beyləqanda süd istehsalı müəssisəsinin fəaliyyəti antisanitar şəraitə görə məhdudlaşdırılıb

0

Beyləqanda antisanitar şəraitdə fəaliyyət göstərən süd istehsalı müəssisəsi aşkar edilib. AQTA əməkdaşlarının məntəqəyə baxışı zamanı normativ tələblərin pozulduğu müəyyən edilib.
İctimairey.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Ucar regional bölməsi tərəfindən Beyləqanda keçirilən reyd zamanı sanitar tələblərin pozulduğu süd istehsalı müəssisəsi aşkar olunub.
AQTA Ucar regional bölməsinin Qida Təhlükəsizlik Sektorunun məsləhətçisi Heydər Heydərov bildirib ki, rayonun Dünyamalılar kəndi ərazisində fəaliyyət göstərən Həsən Məmmədova məxsus obyektə baxış keçirilən zaman antisanitar şəraitdə istehsal prosesi aparıldığı, həmçinin müəssisə daxilindəki avadanlıqlarının normalara uyğun olmadığı müəyyən edilib. Agentlik əməkdaşları tərəfindən üzə çıxan nöqsanlar barədə sahibkar məlumatlandırılıb və həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlar verildikdən sonra müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
İCTIMAIREY.AZ

Leave A Reply

Your email address will not be published.

Tərcümə »