QAZİ ELMAN ABBASOV, YENİ EVİN MÜBARƏK.

0

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda fədakarlıq göstərən, əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.

9-10 sentyabr tarixində Salyan rayonunda seçiciləri ilə görüş təşkil edən 59-saylı Salyan seçki dairəsinin Millət Vəkili Jalə Əhmədova ilk olaraq şəhid valideyinlərini və qaziləri növbəsiz qəbul etdi.

Ümumilikdə iki gün ərzində 84 vətəndaş dinlənildi və eyni zamanda onların problemləri Millət Vəkili tərəfindın qeydə alındı. Bu dəfə qəbula gələnlər arasında Şəhid ailəlıri və Qazilər üstünlük təşkil edirdi.
Rayonun Şorsulu kəndində yaşayan qazi Elman Elşad oğlu Abbasob Millət Vəkilini yaşadığı kəndə, ailə vəziyyəti ilə yaxından tanış olmaq üçün dəvət etdi. Hazırda Jalə xanım Əhmədova Elman Abbasova həm maddi, həm də mənəvi dəstək olub.
Bu gün qazimizin yeni ev tikintisinə başlanıldı. Jalə xanım yeni ev tikən qazimizə, onun valideyinlərinə öz təbriklərini əməkdaşları vasitəsi ilə çatdırdı.
Qazimiz və atası mənəvi, maddi yardımına, eyni zamanda insani keyfiyyətlərinə görə, Jalə xanım Əhmədovaya öz təşəkkürlərini bildirdilər.

Fuad Qəhrəmanov İctimairəy.az Salyan.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »