Tehran hələ də İrəvanın reaksiyasını gözləyir: Syunikdəki İran yük maşınlarını nə gözləyir?

0

 

Goris-Kafan yolunda İran yük maşınlarını yoxlaması ilə əlaqədar nəticə çıxartmağa tələsməyəcək, rəsmi İrəvanın reaksiyasını gözləyəcək.

İctimairey.az xəbər verir ki, İranlı Qarik Misakyan bu fikri Sputnik Ermənistan müxbirinə müsahibəsində İran yük maşınlarının Ermənistanın Syunik bölgəsində üzləşdiyi problemi şərh edərkən bildirib.

Sentyabrın 12-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan polis əməkdaşlarının Ermənistanın Syunik rayonunun Goris-Kafan yolunda İran yük maşınlarını saxladığını, sənədləri və yükləri yoxladığını bildirib. Təsdiq olunmayan məlumatlara görə, azərbaycanlılar İranlı sürücülərdən 250 dollar tələb edirlər.
“İran tərəfi indi gözləyir, hər şey Ermənistanın reaksiyasından asılıdır. Düzdür, bəzi əlamətlərə görə, qeyri -rəsmi səviyyədə İranın mövcud vəziyyətə mənfi münasibət göstərdiyini başa düşmək olar. Çünki, Ermənistan-İran ticarət dövriyyəsini vacib hesab edir”- Misakian bildirib.
Misakyan Ermənistanın Tehranla münasibətlərini ən yüksək səviyyəyə çatdırılması öhdəliyi ilə bağlı, Baş nazir Nikol Paşinyanın 5 avqustda İrana səfəri zamanı verdiyi bəyanatı xatırladıb. İranlı ekspertin fikrincə, Syunikdəki vəziyyət bu niyyətlərin həyata keçirilməsinə birbaşa müdaxilə edir. Ekspert əlavə edir ki, Ermənistan-İran dövlətlərarası yollu ilə bağlı hər hansı bir problem ölkələr arasında ticarət-iqtisadi əlaqələrə mənfi təsir göstərir.
Bundan əlavə, bu hadisə Ermənistanın beynəlxalq imicinə pis təsir edir. Ermənistanın öz yolu üzərində nəzarət edə bilməməsi ilə əlaqədar sərt fikirlər artıq İnternetin İran seqmenti səviyyəsində səsləndirilir. Bunun fonunda, İran Azərbaycanla münasibətlərinə yenidən baxa bilər. Üstəlik, Ermənistan tərəfi Azərbaycanın bu addımının dövlətlərarası sərhədi pozduğuna dair açıqlamsını, hələ də verməyib”, – Misakyan deyib.
İqtisadçı Armen Ktoyan da hesab edir ki, mövcud vəziyyət Ermənistan iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir və həll tapılmasa, ölkə infrastruktur baxımından ciddi problemlə üzləşəcək.
“Əslində, həm yük daşımaları problemləri, həm də əlavə maneələr ilə qarşılaşırıq və bu da əlavə xərclər tələb edir. Bu, idxalın azalmasına, inflyasiyaya və ya mal qıtlığına səbəb ola bilər. Hər şey problemin həll olunacağının nə qədər vaxta uzanacağından asılıdır” – Kotyan deyib.
Şimal-Cənub yolunun inşasına ehtiyac olduğu ilə bağlı kəskin bir məsələ də var. Ktoyan qeyd edir ki, Ermənistan-İran avtomobil yolu layihəsi onsuz da çox gəlirli deyil. Logistika baxımından problemli və bahalıdır: maşınlar çətin ərazilərdə hərəkət edir, malların daşınması üçün çox vaxt lazımdır, bunun nəticəsində idxal olunan malların son qiymətləri kəskin şəkildə artır.
İqtisadçı hesab edir ki, problemin həlli variantlarından biri alternativ yolun yaradılması ola bilər. Belə bir addım olduqca baha başa gələcək, amma ekspert əmindir ki, Ermənistan alternativ marşrutlarının tikintisi üçün, bütün imkanlardan istifadə etməyə borcludur.
“Apaven” yükdaşıma şirkətinin direktoru Qaqik Aqacanyan bildirib ki, onun məlumatına görə, Azərbaycan tərəfi İran ərazisindən olan sürücülərdən “öz əraziləri” ilə gediş haqqı olaraq müəyyən məbləğ tələb edir.
“Qiymətlərdə cüzi bir artım olacaq. Hər bir avtomobildən əlavə 250 dollar götürsək, onda hər ton yük bir dollar bahalaşacaq”, – Ağacanyan bildirib.
O əmin edib ki, bütün bunlar erməni yük maşınlarına aid deyil.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi Ermənistanın cənubunda Azərbaycan polisinin İran nömrələri olan yük maşınlarını saxlayıb yoxladığına vəziyyəti şərh edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə, bütün qonşuların iştirakı ilə İranın regional inkişaf, sülh və sabitlik imkanlarından istifadə etməyə çalışdıqlarını söyləyib.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »