Taliban keçmiş təhlükəsizlik qüvvələrini qisas almaq üçün öldürüb

0

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Mikelle Bakelet Əfqanıstanda taliblərin “intiqam (qisas almaq)” üçün, keçmiş Əfqanıstan təhlükəsizlik qüvvələrinin bəzi işçilərini öldürdüklərini və əvvəlki administrasiya rəsmilərinin və ailələrinin bəzilərinin “özbaşına həbs edildiklərini” söyləyib. Daha sonra – ” onların bəzilərinin ölü tapıldığını. – bildirib.

Müvəkkil Mikel xəbərdarlıq edərək söyləyib ki, – Əfqanıstandakı ağır durum məni narahat edir. Ölkənin humanitar və iqtisadi böhranla üzləşdiyini vurğulayan Mikel, – ölkədəki insan hüquqlarının vəziyyəti, xüsusilə qadınlar və etnik və dini icmaların durumunda çox narahat olduğunu və ölkənin “yeni və təhlükəli” mərhələyə qədəm qoyduğunu qeyd edib. Əfqanıstandan təhlükəsizlik qüvvələrinin işçilərini “qisas almaq” üçün öldürdüyünə dair “etibarlı mənbələrdən” məlumat aldığını və əvvəlki idarədəki bəzi məmurların və ailələrinin “özbaşına həbs edildiklərini” bildirib.
Əfqanıstanda insan haqlarının pozulması böhranından çox narahat olduğunu ifadə edən Bakelet, ABŞ təhlükəsizlik qüvvələri və şirkətləri ilə əməkdaşlıq edən insanların evlərində axtarış aparıldığını bildirib. O, Əfqanıstanda hökm sürən Taliban tərəfindən elan edilən “müvəqqəti hökumət” in üzvlərinin demək olar ki, hamısının Peştun olduğuna reaksiya verib və qadınların hökumətə daxil edilməməsindən təəssüfləndiyini əlavə etdib.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »