Millət vəkili Jalə Əhmədova Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşüb

0

 

Millət Vəkili Jalə Əhmədova Azərbaycanlı və Türkiyəli xeyriyyəçilər tərəfindən 1994-cü ildə Bakıda təsis edilmiş Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşüb.

Salyan gəncləri və rayonda yaşayan aztəminatlı ailələrə dəstək məqsədi ilə keçirilən görüşdə Ahmet Tecim, Gəncliyə Yardım Fondunun qurulduğu gündən Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərinə sadiq, Vətənini, torpağını sevən, dövlətinə və dövlətçiliyinə faydalı bir nəsil olaraq yetişməsi üçün, bacardıqlarını əsirgəmədiyini vurğulayıb.
Fondun Qeyri Hökumət Təşkilatı olması barədə danışan Ahmet bəy, başda humanitar yardım olmaqla təhsil, mədəni və sosial problemlərin həll edilməsi sahəsində xidmət göstərilməsi, həyata keçirilən layihələr barədə məlumat verib. Gəncliyə Yardım Fondunun Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinə bundan sonra xidmət edəcəyini bildirib.

Jalə Əhmədova Ahmet bəyə səmimi görüşə görə, təşəkkürünü bildirib və yaxşı gündə də, pis gündə də Azərbaycanın yanında olan Türkiyə ilə qardaşlıq və dostluq münasibətlərinin dərin tarixə malik olduğunu vurğulayıb. Eyni zamanda qeyd edib ki, – Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir.

Jalə Əhmədova eyni zamanda qeyd edib ki, – İki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olması, dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Xanım Millət Vəkili, – Cənab Prezidentin siyasətində ölkə vətəndaşlarının sosial rifahının daha da yüksəlməsi məsələsinin prioritet olduğunu vurğulayaraq bildirib ki, məhz dövlət başçısının birbaşa nəzarəti altında şəhidlərin ailə üzvlərinin və qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Gəncliyə Yardım Fondunun yarandığı gündən bu günə kimi ölkəmizdə gerçəkləşdirdiyi humanitar layihələrin, gördüyü işlərin yüksək dəyərləndirildiyini diqqətə çatdıran, Millət Vəkili Jalə Əhmədova Ahmet Tecimə göstərdiyi diqqətə görə minnətdarlığımı ifadə edib və fəaliyyətlərində uğurlar arzulayıb
Fuad Qəhrəmanov

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »