İsrailin Baş naziri Naftali Bennett Şarm əl-Şeyxdə Misir Prezidenti AbdelFattah Sisi ilə görüşmək üçün, uzun illər ərzində ilk rəsmi səfərini edib.
İsrailin Misirə son rəsmi səfəri 10 il əvvəl olub.
İctimairey.az Misir Prezidentinin Mətbuat Mərkəzindən verilən xəbərə istinadən bildirir ki, liderlər iki ölkə arasındakı problemləri və regional problemləri və İsrail-Fələstin sülh prosesinə – atəşkəsəs nail olmaq üçün yollar axtaracaqlarını müzakirə edəcəklər.
Xatırladaq ki, iyun ayında Benyamin Netanyahudan sonra, baş nazir olan Bennett keçən ay Misirdən dəvət almışdı.
Netanyahu 2011-ci ildə Misirə rəsmi səfər edən son İsrail baş naziri oldu və xalq üsyanı nəticəsində devrilmədən təxminən bir ay əvvəl ölkənin keçmiş prezidenti Hüsnü Mübarəklə görüşmüşdü.
Netanyahunun 2018 -ci ildə gizli şəkildə Misirə getdiyi və Sisi ilə qeyri-rəsmi görüş keçirdiyi barədə məlumatlar da var. Sisi 2012 -ci ildə Misirdə xalq səsverməsi ilə seçilən və bir il sonra çevriliş nəticəsində devrilən Müsəlman Qardaşlar hərəkatının lideri Məhəmməd Mursinin yerinə keçib.
Misir 1979-cu ildə İsraillə sülh müqaviləsi imzalayan ilk ərəb ölkəsi olub. Ancaq, iki qonşu ölkə arasındakı münasibət heç vaxt isti olmayıb.
Siyasi şərhçilər bildirirlər ki, Qəzza zolağında gərginlik Şarm əl-Şeyx şəhərində keçiriləcək görüşə damğa vuracaq.
Misir Qəzza Zolağında iqtidarda olan Fələstinli Həmas qrupu ilə İsrail arasındakı əlaqələrə vasitəçilik etmək səylərində həmişə əhəmiyyətli rol oynayıb.
Misir may ayında Qəzzada 260, İsraildə 13 adamın ölümünə səbəb olan 11 günlük gərginliyin sona çatmasına vasitəçilik etmişdi.
Ancaq Misirin iki tərəf arasında uzunmüddətli sülh danışıqları aparmaq səyləri son həftələrdə İsrail-Qəzza gərginliyinin artması ilə nəticələndi.
İsrail ordusu bazar ertəsi günü Həmasın İsrailə üç gün raket atmasından sonra, Qəzzadakı Həmas hədəflərini vurduğunu açıqlayıb.
Esmira ŞÜKÜROVA. İctimairey.az