________________________________________
Bir neçə gündür ki, müxtəlif sosial şəbəkələrdə Azərbaycanın vəzifəli şəxslərinin, Yeni Azərbaycan Partiyası üzvlərinin, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatın, hətta Naxçıvanda fəaliyyət göstərən mollanın intim görüntülərini əks etdirən videolar yayılır.
Cəmiyyətdə böyük sensasiya və ikrah hissi doğuran videoların kimlər tərəfindən yayılması isə hələ ki açıqlanmır…
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bütün şəxslərlə bağlı məlumatlar araşdırılır:
“Materiallar toplanılır, görüntülərin kim və ya kimlər tərəfindən yayılması ilə bağlı intensiv araşdırmalar aparılır”.
DİN rəsmisinin sözlərinə görə, məsələ hüquq-müfahizə orqanlarının nəzarətindədir.
İctimairey.az