Fəzail Ağamalının 9 sentyabr 2021-ci ildə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” video konfransında “Siyasi dialoq: reallıqlar və perspektivlər” mövzusunda çıxışı
Olduqca qürurvericidir ki, biz siyasi partiyalar zəfər çalmış, qalib gəlmiş millətin təmsilçiləri kimi “Zəfər, yeni reallıq və dialoq” mövzusunda müzakirələr aparırıq. Bizə bu qürurverici anları yaradan Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə və qəhrəman Silahlı Qüvvələrimizə bir daha təşəkkürümü bildirirəm.
Ölkəmizdə hakimiyyət və siyasi partiyalar arası dialoqun başlanmasında və onun sistemli xarakter daşımasında möhtərəm, cənab prezident İlham Əliyev tərəfindən yaradılan və ciddi əhəmiyyət kəsb edən yeni siyasi konfiqurasiya həlledici rol oynadı və oynamaqda da davam edir.
Siyasi dialoqun bu günki reallığı göz önündədir. Prezident Administrasiyasının “Siyasi partiyalar və parlamentlərlə iş şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyilə şöbənin peşəkar əməkdaşlarının səmərəli fəaliyyətilə ən müxtəlif aktual məsələlər ətrafında dialoq platforması uğurla davam etdirilir.
Fərqli yanaşmalar kordinasiya olunur və milli maraqlar çərçivəsində müxtəlif rəylər özünü ifadə edir.
Bu reallıq 44 günlük Vətən Müharibəsi ərəfəsində, döyüş əməliyyatlarının keçdiyi günlərdə, ölkəmizə qarşı dünya erməniliyinin və onun təsiri altında olan ayrı-ayrı qüvvələrin qarayaxma kompaniyasının ifşasında da özünü birmənalı şəkildə nümayiş etdirdi.
Mən ciddi əsaslara söykənən və cəmiyyətimizdə həmrəyliyin güclənməsində əhəmiyyətli rol oynayan siyasi dialoqun perspektivliyinə nikbin yanaşıram. Əminəm ki, dövlətimizə, xalqımıza xidmətin vacib elementlərindən biri kimi sivil iqtidar-müxalifət dialoqu əməkdaşlığın vacib amili kimi bundan sonra da dövlətimizə və cəmiyyətimizə öz töhvələrini verəcəkdir.
Biz artıq ardıcıl xarakter daşıyan siyasi dialoq platformasının daha geniş formatda fəaliyyəti üzərində də düşünə bilərik.
Başqa sözlə, bu cür müzakirələrə siyasi partiya təmsilçilərilə yanaşı, ölkə daxili və ölkə xarici müstəqil politoloqları, ekspertləri də cəlb etsək, onun səmərəliyi daha da yüksək olardı.
Yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Ermənistanın sağlam siyasətçiləri və peşəkar ekspertlərinin iştirakı ilə üç Cənub Qafqaz Respublikasının gələcək münasibətləri və əməkdaşlığının perspektivləri haqqında da müzakirələr açılması faydalı olardı.
İctimairey.az