Ermənistan səhvləri üzərində işləməlidir:

0

 “Qafqazdakı Fırtınalar”ın müəllifindən müharibənin sensasiyalı açıqlaması

Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzi Dağlıq Qarabağda 44 günlük müharibə ilə bağlı analitik toplu nəşr etdirib. Bir çox nəticələr və məlumatlar sensasiya hesab edilməlidir.
2020-ci ilin payızında Dağlıq Qarabağdakı müharibə və onun nəticələri uzun müddət mütəxəssislərin diqqət mərkəzində qalacaq: hərbçilər, politoloqlar, regional ekspertlər və s.
44 günlük hərbi əməliyyatlar isə, diqqətlə təhlil etməyi tələb edən bir çox problem və vəzifə ortaya qoydu. Beləliklə, təhlil etmək cəhdi Rusiyanın aparıcı beyin strukturlarından biri – Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi tərəfindən həyata keçirilib. CTTM mərkəzinin direktoru Ruslan Puxovun redaktəsi ilə “Qafqazda Fırtına” analitik toplusu nəşr edilib. Kitab hələ də PSF versiyasında mövcuddur.
Toplu müəllifləri həm müharibənin nəticəsinə təsir edən birbaşa hərbi və hərbi-texniki aspektləri, həm də Rusiya və Türkiyə daxil olmaqla Cənubi Qafqazın əsas qüvvələri arasındakı mürəkkəb siyasi əlaqələri araşdırıblar. Hərbi əməliyyatların təhlili, onların təşkili, tərəflərin taktikası, bölmələrin uyğunluq səviyyəsi və s.-ə xüsusi diqqət ayrılıb.
İctimairey.az xəbər verir ki, Puxovun özü Sputnik Ermənistan-a müsahibəsində qeyd edib ki, məcmuənin yazılmasında əsas səbəblərindən biri də, son Qarabağ müharibəsinin dərslərinin unudulmamasıdır. Onun sözlərinə görə, son 30 ilin təcrübəsi göstərir ki, nəinki Rusiyada, hətta dünyada hərbi dərslər çox tez unudulur. Məsələn, Əfqanıstanda qazanılan Sovet təcrübəsi, əhəmiyyətli dərəcədə unudulan Çeçenistandakı döyüşlərin gedişatı. Eyni şeyi Vyetnam təcrübəsini Əfqanıstan kampaniyasına tam şəkildə tətbiq edə bilməyən amerikalılar haqqında da demək olar.
“Birincisi, çox istərdik ki, bu münaqişə boş yerə itməsin. Təəssüf ki, bir çox medianın şayiəsi ucbatından, ilk altı ayda real vəziyyəti görə bilmədik. Bu səbəbdən də bu vəzifəni öz üzərimizə götürmüşük” – deyə Puxov bildirib.
Ədalət naminə qeyd etmək lazımdır ki, müəlliflərin bir çox qənaətləri və topluda təqdim olunan məlumatlar erməni audutoriyası üçün soyuq duşa çevrilə bilər. Məqalə müəllifi STTM (Strategiya və Texnologiyaların Təhlili Mərkəzi) mənbələrinə istinadən yazır ki, qeyd olunan faktlar artıq mətbuatda müəyyən rezonansa səbəb olub: – “Müharibə zamanı Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus 4 ədəd Su-25 hücum təyyarəsi və bir vertolyotu Ermənistanın öz Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub”.
Müəllif yazır ki, Ermənistan Hərbi Hava Qüvvələri ilə Hava Hücumundan Müdafiə arasında qarşıdurma zamanı çox az koordinasiya olub. Açılan atəş beş təyyarəni vurub: – dörd Su-25 hücum təyyarəsi və bir Mi-8 vertolyotu. Bunlardan, iki Su-25 təyyarəsi Ermənistanın Vardenis bölgəsi üzərində S-125 hava hücumundan müdafiə sistemi tərəfindən döyüş tapşırığından qayıdarkən və biri də Qarabağ üzərində zenit-raket sistemi tərəfindən vurulub.
Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, rəsmi olaraq itkin düşmüş ilk və yeganə hücumçunun təyyarəsinin, müharibənin 3-cü günü Türk F-16 qırıcısı tərəfindən Qeqharkunik bölgəsində vurulduğunu nəzərə alsaq, məlumatlar son dərəcə “təsir edicidir”. Təəssüf ki, bu barədə Müdafiə Nazirliyindən şərh ala bilmədik.
Bu arada Puxov çoxlarının bəyənməməsinə baxmayaraq, təqdim olunan faktların yüksək etibarlılığını qeyd edir. Kitab üzərində iş çərçivəsində SSTM-nın direktoru üç dəfə Ermənistana və bir dəfə Türkiyəyə səfər edib. Azərbaycana isə, koronavirusla bağlı məhdudiyyətlər səbəbilə gələ bilməyib.
“Təəssüf hissi ilə deməliyəm ki, erməni cəmiyyətinin əksəriyyəti bu müharibədən heç bir nəticə çıxarmayıbdı. Hələ də məsuliyyətsizlik və cəfəngiyatın qəribə bir qarışığı içərisindədir”, – Puxov deyir.
Puxov qorxur ki, belə davam etsə, yeni müharibə olacağı təqdirdə, sərhəd Jermuk yaxınlığında bir ərazidən keçəcək.
Öz təyyarələrini vuran silahlı qüvvələrin “dost atəşi” nə gəldikdə, ekspertin fikrincə, bu cür hallar hər yerdə və hər zaman baş verə bilər. Məsələn, Rusiya ilə Gürcüstan arasındakı avqust münaqişəsi zamanı, Rusiya hava hücumundan müdafiə sistemlərinin səhvən vurduqları öz Su-25-ləri. Amerikalılar da kənarda qalmayıblar – “Səhra Fırtınası” zamanı öz təyyarələrini vurublar və öz tanklarını artilleriya atəşinə tutublar.
Puxov hesab edir ki, erməni tərəfinin əsas problemi heç bir anlayışının olmamasıdır, kobud desək, insanlar pis xəbər eşitmək istəmirlər. Puxov hesab edir ki, ayıqlıq yoxdursa, böyük problemlərin qarşısını almaq olmaz.
Analitik Rusiyanın müharibədə Ermənistan tərəfinə fəal kömək etmədiyi iddiaları ilə də razılaşmır. – “Ancaq realist olmalı və başa düşməlisiniz ki, Rusiya Ermənistanın yerinə döyüşə bilməz. İmkanları daxilində bacardığı hər şeyi etdi və demək olar ki, daha da çox etdi.” – Puxov deyib.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »