Vyanada Qadın Parlament Sədrlərinin 13-cü Sammiti bu gün işini sona çatdırır

0

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində işgüzar səfərdədir.

İctimairey.az xəbər verir ki, sentyabrın 6-dan 9-qədər davam edəcək Vyana Beynəlxalq Mərkəzində Qadın Parlament Sədrlərinin 13-cü Sammiti işə başlayıb.

Norveç parlamentinin və Sammitin sədri Tone Vilhelmsen Tröen, Avstriya parlamentinin prezidenti Volfqanq Sobotka, Parlamentlərarası İttifaqın Pprezidenti Duarte Paşeko açılış çıxışları ediblər.
Çıxışlarda Parlamentlərarası dialoqun gücləndirilməsi, qadın parlamentarilərin bu əlaqələrin inkişafında rolu, gender bərabərliyinin həm cəmiyyətdə, həm də qanunverici və digər orqanlarda təmin olunmasının vacibliyindən bəhs edilib. Eyni zamanda, parlamentlərin koronavirus pandemiyasına qarşı mübarizənin təşkilinə və sosial-iqtisadi fəsadların aradan qaldırılmasına töhfə verdikləri vurğulanıb.Tədbirdə, həmçinin pandemiyadan sonra sosial-iqtisadi həyatın bərpasında qadınların roluna dair çıxışlar edilib və müzakirələr aparılıb.

Sammitdə Milli Məclisin sədri Sahibə Qafarova müzakirə olunacaq məsələlərə münasibət bildirib: – Parlament sədri sammitdə çıxış edərək, cəmiyyətlərimizin əsas hissəsini təşkil edən qadınların qlobal pandemiyaya qarşı mübarizədə əhəmiyyətli rolunu, qadınların pandemiya və post-pandemiya dövründə dəstəklənməsi və fəallığının artırılması istiqamətində tədbirlərin vacibliyini vurğuladım, Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasəti və əldə olunan nailiyyətlər barədə məlumat verdim.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti sentyabrın 7-8-də Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak edib.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »