Pencsiri ələ keçirən Taliban elan etdi: Emrullah Salih Tacikistana qaçdı

0

ABŞ-ın geri çəkilməsi ilə Əfqanıstanı ələ keçirən Taliban, müqavimətin mərkəzi olan Pencşiri də ələ keçirdiklərini açıqladı. Ölkədəki savaşın tamamilə bitdiyini bildirən Taliban, Qani xaricə qaçdıqdan sonra, özünü ölkənin müvəqqəti prezidenti elan edən müqavimət hərəkatının liderlərindən Emrullah Salehin Tacikistana qaçdığını bildirib.

Dünya Talibanın yeni bəyanatlarından danışır. Ötən saatlarda ölkədə müqavimətin ‘son qalası’ olaraq bilinən Pençşir’i ələ keçirdiklərini açıqlayan Taliban, bir daha gündəmə bomba kimi düşən açıqlamalar verdi.

Qani xaricə qaçdıqdan sonra, özünü ölkənin müvəqqəti prezidenti elan edən Emrullah Salehin “xaricə qaçdığını” bildirən Taliban sözçüsü, Salehin Tacikistana qaçdığını xəbər verib.

Xatırladaq ki, Əfqanıstanın paytaxtı Kabul Talibanın əlinə keçdikdən sonra Saleh sadiq komandası ilə Pencşirə toplaşaraq, oradakı müqavimət hərəkatının lideri kimi mübarizə aparmağa başlayıb.
Yayılan xəbərə cavab olaraq, Əfqanıstan Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əhməd Məsud Twitter-də “Təhlükəsizəm” – deyə mesaj göndərib.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »