Kurtlar Vadisi Polat Alemdar Necati Şaşmaza aid olduğu iddia edilən səs yazısı yayımlanıb. Şaşmazın atasının əmisi oğlu İrfan T. -yə seçilmiş şəxs olduğunu söylədiyi səs yazısında “Təəssüf ki seçildim” – dediyini eşitmək olar.
Polat Alemdar obrazı ilə yadda qalan Necati Şaşmaz, Mehdi olduğu iddiaları ilə bir müddət gündəmdə idi. Şaşmaz haqqında bu gün mübahisə yaradacaq bir səs yazısı da ortaya çıxdı.
İctimairey.az Jurnalist İsmail Saymazın yayımladığı səs yazısına əsasən xəbər verir ki, Necati Şaşmaz seçilmiş şəxs olduğunu bildirib.
Səs qeydində Necatinin əmisi oğlu olduğu iddia edilən adama “Təəssüf ki, seçildim” – dediyi eşidilir. Necatinin dediklərini bəyənmədiyi müşahidə olunan əmisi oğlu, “Psixoloji durumun varsa nə olacaq? Sən belə düşünürsən, amma olmasa nə olar? Psixoloqa müraciət et” – deyə təklifini irəli sürür.
Necati Şaşmaz və əmisi oğluna aid olduğu iddia edilən səs yazısındakı dialoqlar:
Necati Şaşmaz: – Bəlkə də peyğəmbərdən bəri min illərdir ki, insanlarda ürək bağları ilə ruhlar aləmindən bir şey edildi. Dedim ki, bir bulud kimi, ruhun bir parçası … Onlardan bir parça bu günlərə də gətirildi. Müqəddəslər və ya mistik ocaqlar Buddistlərdə və Yəhudilərdə də mövcuddur. Təsəvvüf ki, mistisizm bütün dinlərdə mövcuddur. Bəlkə də bizə də gətirdilər. Bütün dinlərin təriqətçiləri bu ruhu gətiriblər. İrfan qardaş, buna görə seçildim. Mən götürə biləcək adamam. Mən izah edə bilərəmmi? O gələn ruhu ala biləcək və bu məlumatı verə biləcək… Bunu mənə verilənlərlə birləşdirərək, bir düsturu həll etmək kimi olacaq. Atamla danışmalıyam.
İrfan T: Danışmaq üçün yeganə doğru adamdır.
Necati; Həyat yoldaşıma bunu danışdığım günün səhəri Mahir mənə zəng edərək – “Maraqlı bir yuxu gördüm. Sənə demək istəyirəm” – dedi. Dedi ki, – “Gördüm ki, sən çox yüksək, çox yüksək bir yerdəsən. Ancaq sənsən, bir də peyğəmbər əfəndimiz.
Məhəmməd peyğəmbərin simasında görünürsən. Gah Peyğəmbər əfəndimizin simasında olursan, gah da öz simanda. Mən olanda əsgər forması geyinmiş komandir geyimində oluram. Sonra soruşdu ki, – “Nə var nə yox?” və dedi: “Heç vaxt yuxu görmürəm. Görsəm də xatırlamıram. Peyğəmbərimizi gördüm və sən hər şeydə saqqallı makkallı o idin.”
İrfan T: – Hər kəs bir şey düşünür. Cəsarətli olub, bunu söyləmək lazımdırmı? Məncə yox. Məsələn, mən anama bu barədə heç nə demərəm. Onsuz da faydası yoxdur. Ancaq atanızdan soruşmaq çox fərqli bir şeydir.
Necati: – Lazım olsa, İsmail kimi təslim olacağam. “Bıçağı götür” – deyərəm atama. Mən buna inanıram. Ya “sən dəccalsan” de, boğazımı kəs. Ya da mənə bunun yolunu göstər”. Mən bunu edəcəyəm. Çünki bu yolu seçdim artıq.
İrfan T: – Sizi bu yolda itələyiblərmi?
Necati: – Həqiqətən də məni itələdilər. Təəssüf ki, seçildim.
İrfan T: – Psixoloji bir şey varsa? Siz belə düşünürsünüz, amma belə deyilsə nə edəcəksən? Hər halda psixoloqa müraciət et.
Necati: – Mən ixtiralar edirəm. Bu ixtiralar dünya üçün vacib ixtiralardır. Onlar dünya üçün vacib ixtiralar deyilmi? ”
Esmira ŞÜKÜROVA.
İctimairey.