Ordumuzun 44 günlük müharibədəki parlaq Zəfəri yeni-yeni uğurlarımızla davam edir!

0

Bu gün hamımızı qürurlandıran olduqca əlamətdar bir hadisə baş verib. AZAL-ın təyyarəsi Qarabağın beynəlxalq hava limanında ilk eniş edib. Bakıdan uçan, “Azərbaycan Hava Yolları”na məxsus “Airbus A340-500” tipli sərnişin təyyarəsi işğaldan azad olunmuş Qarabağın ilk hava limanında – Füzuli Beynəlxalq Hava Limanında enib.

“Qarabağ” adını daşıyan həmin təyyarənin ilk sərnişinləri arasında jurnalistlərimiz də var. Sərnişin təyyarəmizin Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib və uğurla yekunlaşıb.

Eyni zamanda, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də bu gün Füzuli hava limanında eniş etməklə Qarabağa ilk dəfə hava yolu vasitəsilə mühüm yükləri çatdırıb.

Bu xoş hadisəni Azərbaycanımızın strateji uğurlarından biri hesab etmək olar. Azərbaycan işğaldan azad edilmiş torpaqlarda Qələbəsini inamla və ardıcıllıqla möhkəmləndirir.

Azad Qarabağımızın ilk hava limanında ilk təyyarələrin uğurlu enişi münasibətilə xalqımızı və dövlət başçımız İlham Əliyevi təbrik edirik. Qəhrəman Ordumuzun 44 günlük müharibədəki parlaq Zəfəri yeni-yeni uğurlarımızla davam edir!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »